Bakının cənub girişində – Ələt qəsəbəsində qurulmuş karantin postunda böyük tıxac yaranıb.
“Newpost.az” “REAL TV”yə istinadən xəbər verir ki, şəhər istiqamətdə girişdə həm sürücülər, həm də sərnişinlərin sənədləri tək-tək polislər tərəfindən yoxlanıldığı üçün avtomobillərin uzun tıxacı yaranıb. Şəhərə girişinə icazə olmayan sürücü və sərnişinlər əks istiqamətdə geri qaytarılır.
Qeyd edək ki, yük maşınları üçün xüsusi zolaq nəzərdə tutulduğuna görə həmin istiqamətdə tıxac hiss olunmur.