Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti yenidən bahalaşıb.
“Newpost.az” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,78 ABŞ dolları, yaxud 1,78% artaraq 44,72 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.