Azərbaycanda koronavirus infeksiyasına daha 590 yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
“Newpost.az” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 14 min 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 363 nəfərdir.
Ötən müddət ərzində 441 min 961 test aparılıb. Bugünkü test sayı isə 9103-dür.