“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDAUİA) ali mükafatları ilə təltif edilib.
“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyindən “Newpost.az”a verilən məlumata görə Səkinə Babayeva Türk dünyası mədəniyyətinə və iqtisadiyyatına, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilmişdir.
Digər bir uğur isə “İlin iş adamı” nominasiyasına layiq görülməsi ilə bağlıdır. TDAUİA-nın mükafat komitəsinin qərarı ilə AQSİA İB-nin İdarə Heyətinin sədri Səkinə Babayeva 2019-cu ildəki uğurlarına görə Türk Dünyasında “İlin iş adamı” mükafatına layiq görülmüşdür.
Xatırladaq ki, Səkinə Babayeva bu qurumun Azərbaycandan xanım olan ilk mükafatçısıdır.
Qeyd edək ki, Səkinə Babayeva eyni zamanda “Bakı Tekstil Fabriki” MMC-nin direktoru və ölkəmizdə ilk dəfə yaradılan tibbi maska istehsalı müəssisəsinin rəhbəridir.



















































































































































