Ötən gün Gədəbəy rayonunda maraqlı bir təbiət hadisəsi baş verib.
“Newpost.az”ın Qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, eyni gündə rayon ərazisində yay və qış fəsillərini aydın sezmək mümkün olub. Belə ki, rayonun Qaradağ kəndi ərazisində qış, ermənilərdən azad edilmiş Başkənd kəndində isə yay fəsli müşahidə olunub.
Xatırladaq ki, bu cür təbiət hadisələrinə çox nadir hallarda rast gəlinir.
















































































































































