Türkiyəli məşhur sənətçi Ebru Gündeş gərgin mövsümdən sonra tətilə yollanıb.
“Newpost.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər il olduğu kimi bu il də Bodrumda istirahət edən Gündeş, qızı Alara ilə bir oteldə görüntülənib.
Qızını hər zaman mediadan uzaq saxlayan məşhur müğənni bu dəfə qızı ilə birgə kameralara tuş gəlib.
Qeyd edək ki, Alara Ebrunun cənubi azərbaycanlı iş adamı Rza Zərrabla nikahından dünyaya gəlib.














































































































































