Əsas səhifəCəmiyyətAzərbaycanda karantin rejimi uzadıldı, bununla yanaşı 2 həftə sərt karantin rejiminin tətbiqi, sms icazənin bərpası, obyektlərin bağlanması və s. barədə qərar qəbul olundu – ƏTRAFLI
Azərbaycanda karantin rejimi uzadıldı, bununla yanaşı 2 həftə sərt karantin rejiminin tətbiqi, sms icazənin bərpası, obyektlərin bağlanması və s. barədə qərar qəbul olundu – ƏTRAFLI
Azərbaycanda karantin rejimi uzadılıb və xüsusi karantin rejiminin bir sıra qadağalarla tətbiqi ilə bağlı qərar qəbul olunub.
“Newpost.az” xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bugün keçirilən brifinqdə deyib. O bildirib ki, ölkəmizdəki xüsusi karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.
Eyni zamanda iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.
O bildirib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər. Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları bağlanır, muzey və sərgi salonları bağlanır. Açıq havada idman oyunları qadağan edilir.
Leyla Abdullayeva qeyd edib ki, otellərin fəaliyyəti, beynəlxalq səfərlər, yas mərasimləri, tədbirlər, təhsil müəssisələrində fəaliyyət qadağası qüvvədə qalır. Qeyd olunanlarla yanaşı 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmur. Lakin tövsiyə olunur ki, mümkün qədər evdə qalsınlar. Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək. Bulvar və parklara giriş sərbəstdir. Sabah bunlar barədə ətraflı məlumat veriləcək.