Məlum olduğu kimi iyunun 14-dən 16-dək Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı şəhəri ilə yanaşı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, eləcə də Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tam hərəkət qadağası tətbiq edilib.
Bu tədbirlər məhz Azərbaycanda koronavirusa yoluxma sürətinin azaldılması məqsədilə həyata keçirilir.
Ötən gün olduğu kimi, bugün də “Newpost.az”ın elektron ünvanına şəhərin müxtəlif ərazilərindən lentə alınmış fotoşəkillər daxil olub, həmin görüntüləri sizlərlə paylaşmaq istədik.



















































































































































