“Newpost.az” xəbər verir ki, uçuş ABŞ-ın Nyu-York şəhərindən baş tutub və 217 həmyerlimiz Azərbaycana gətirilib. Gətirilənlər əsasən orada təhsil alan tələbələr və turist kimi gedib məlum səbəblərdən geri dönə bilməyən həmyerlilərimizdir. Hazırda bütün sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanında həkimlər tərəfindən müayinədən keçirilirlər.
Xatırladan ki, müayinələr başa çatdıqdan sonra sərnişinlərin hər biri karantinə alınacaq.