Xalq artisti Aygün Kazımova keçmiş duet ortağı meyxana ustadı Namiq Qaraçuxurlunun adını ”qara siyahı”ya daxil edib.

Aygün Kazımova&Namiq Qaraçuxurlu
“Newpost.az” xəbər verir ki, müğənni bu sözləri “Xəzər TV”də yayımlanan “Fəlidən doğru xəbər” şousunda qonaq olarkən açıqlayıb.
Verilişin aparıcısı xalq artistinə belə bir sual ünvanlayıb: “Sizə məşhurlardan kim zəng etsə, telefonun dəstəyini özünüz yox, menecerinizin qaldırmağını istəyərsiz?” Aygün xanım isə suala maraqlı cavab verib. O, “telefonuma nadir hallarda kimsə zəng edir. Çünki nadir hallarda telefonla danışıram. Misal üçün, Namiq Qaraçuxurlu mənə zəng edə bilməz. Çünki onu qara siyahıya atmışam” – deyə xalq artisti vurğulayıb.