Göyçay rayonu ərazisində yerləşən bazarda yanğın başlayıb.
“Newpost.az” “APA”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. “Göyçay-Bazar” ASC-nin ərazisində yerləşən geyim əşyaları mağazaları və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə baş verən yanğının söndürülməsinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri işlər görülür.