Dünya birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 43 dolları ötüb.
“Newpost.az” xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 02:58-də “Brent” markalı neftin qiyməti Londonun “ICE” birjasında 1,7 faiz qalxaraq 43,02 dollar/barel təşkil edib.
Məlumat üçün qeyd edək ki, axırıncı dəfə “Brent” marklalı neftin bir barrelinin qiyməti cari ilin mart ayının 6-da 43 dollardan artıq olub.