6 iyun tarixindən etibarən icaze.e-gov.az portalı yenidən fəaliyyətə başlayacaq.
Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan “Hədəf” verilişində deyib.
“Baş Nazir tərəfindən imzalanan qərar əsasında fəaliyyətinə icazə verilən sahələr var – özəl təşkilatlar və dövlət qurumları. 6 iyun tarixindən etibarən icaze.e-gov.az portalı fəaliyyətə başlayacaq. Bəzən vətəndaşlar portalla SMS icazəni səhv salırlar. Portal heç də 8103 SMS xidməti deyil. SMS sistemi fəaliyyətə başlamır. Nazirlər Kabinetinin qərarında həmin sistemdə hansı təşkilatlar qeydiyyatdan keçə və icazə ala bilər – onların siyahısı artıq təsbit olunub. Bu siyahı üzrə təşkilatlar daxil olacaqlar.
Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.
Dövlət təyinatlı və həyati əhəmiyyətli təşkilatların icazələri 8 iyuna qədər avtomatik olaraq təmin olunacaq”.