Şəmkir şəhərinin mərkəzi hissəsində “Park Kolizey Şəmkir” yaşayış kompleksinin inşasına start verilib.

“Park Kolizey Şəmkir” yaşayış kompleksi
Rahatlığı, komfortu və yüksək keyfiyyəti üstün tutaraq müasir standartlara cavab verən möhtəşəm “Park Kolizey Şəmkir” yaşayış kompleksinin inşası “Sipark Şəmkir” MMC tərəfindən həyata keçirilir.
Layihə sakinlərin rahatlığını və komfortunu nəzərə alaraq, hər biri 1 girişli olmaqla 2 binadan, ümumilikdə 98 mənzildən, eləcə də qeyri-yaşayış sahələrindən ibarətdir.
“Park Kolizey Şəmkir” yaşayış kompleksinin əsas üstünlükləri:
-
Bütün tikinti normativlərinə və müasir standartlara cavab verən, yüksək keyfiyyətli materiallardan inşa edilən hündür, geniş və işıqlı yaşayış və qeyri-yaşayış sahələri;
-
Sakinlərin rahatlığı və istirahəti üçün müasir həyətyanı park;
-
Uşaqlar üçün təhlükəsiz və rahat əyləncə meydançası;
-
Avropa istehsalı olan sürətli, geniş və rahat liftlər;
-
Fasiləsiz olaraq daimi işıq, su və qaz təchizatı;
-
24 saat mühafizə və kamera müşahidə sistemi;
-
Rahat giriş və çıxışa malik yeraltı qarajlar;
-
Müxtəlif profilli tələbatları qarşılayacaq mağazalar.















































































































































