Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə Nuranə Nur ilə görüşərək onunla geniş fikir mübadiləsi aparıb.
Bu barədə Qənirə Paşayeva öz şəxsi facebook səhifəsində məlumat paylaşıb.
Görüşdə Komitə sədri şairənin yaradıcılığının ədəbiyyatımıza verilən dəyərli töhfələr olduğunu vurğulayıb və gənc yazara yaradıcılıq uğurları diləyərək hər zaman yanınızdayıq deyib.