Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması təklif olunub – bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugün keçirdiyi birifinqində səsləndirib.
Bununla yanaşı şənbə və bazar günləri bütün ticarət obyektləri, ərzaq mağazaları, marketlər tam bağlı olacaq. Bəlkə, növbətçi apteklər fəaliyyət göstərdi. Vətəndaşlar təşvişə düşməsin, qadağa cəmi iki gün olacaq. Fəaliyyəti zəruri olan sahələrdə işləyənlərə icazə veriləcək. Onlara SMS vasitəsilə icazə veriləcək. Yalnız xüsusi sağlamlıq hallarında çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatdan istifadə tam qadağan olunacaq.
Eyni zamanda Bakı, Sumqayıt, Gəncə, Abşeron və Lənkəranda şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib. Ola bilsin irəlidəki aylarda hər həftə sonu bayramlar da daxil olmaqda küçəyə çıxmaq tam qadağan olunsun. Operativ Qərargahda bizim təkliflərimizlə bağlı qərar qəbul olunub. Sabah detallar açıqlanacaq”.