Bu gün Belarusda ölkə kubokunun final oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada BATE ilə “Dinamo” (Brest) üz-üzə gəlib.
Görüşün əsas vaxtı qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxta artırılmış son saniyələrdə – 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.
Xatırladaq ki, Belarus pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE – “Dinamo” qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.