Rusiya Federasiyası Azərbaycandan idxal olunan pomidor və alma məhsullarına qadağa tətbiq edib.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, qadağa dekabr ayının 10-dan etibarən qüvvəyə minəcək. Rosselxoznadzora görə, səbəb məhsullarda zərərvericilərin aşkarlanmasıdır. Xidmət eyni zamanda sözügedən məhsullarda olan problemlərlə bağlı dəfələrlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verdiyini də qeyd edib.
Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, Azərbaycan Rusiyaya ən böyük pomidor tədarükçüsüdür. 2019-cu ildə bu ölkə Rusiyaya 189,1 milyon dollar dəyərində 172,3 min ton pomidor idxal etmişdir ki, cari ildə bu göstərici 169,6 milyon dollar dəyərində 153 min ton pomidor təşkil edib. Növbəti yerlərdə isə Türkiyə və Belarus qərarlaşıb.
Qeyd edək ki, alma tədarükünə görə də Azərbaycan ilk üçlükdə yer alır.