Əsas səhifəCəmiyyətEkspert Ruslan Hümbətov “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda izləyicilərin suallarını instagramda canlı olaraq cavablandıracaq
Ekspert Ruslan Hümbətov “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda izləyicilərin suallarını instagramda canlı olaraq cavablandıracaq
Əziz oxucularımız və sosial şəbəkə izləyicilərimiz!
“Newpost.az” xəbər portalının instagram səhifəsində canlı olaraq yayımlanan “Canlı ünsiyyət” layihəsinin bu həftəki qonağı əmək və sosial hüquq məsələləri üzrə ekspert Ruslan Hümbətov olacaq.
Canlı yayım 15 sentyabr 2020-ci il tarixində saat 20:00-dan etibarən “newpost.az” instagram səhifəsində baş tutacaq. Ruslan Hümbətov sizlərin öncədən, eləcə də canlı yayım müddətində bizə ünvanlayacağınız sualları cavablandıracaq.
Suallarınızı rəsmi instagram səhifəmizdə (newpost.az) paylaşımın rəy və ya mesaj bölməsinə yaza bilərsiniz.
Qeyd: Canlı yayım müddətində izləyicilərimiz səhifənin mesaj və ya rəy bölməsinə həm öz fikirlərini, həm də əlavə suallarını ünvanlaya bilərlər.