“İspan qripi” – hətta gənc və güclü insanlar arasında da letal nəticəyə gətirən Çin mənşəli bir virus.
İnsanların kütləvi miqrasiyası ilə dünya əhalisinin 30 faizinə yoluxur və yoluxanların 3% (bəzi mənbələrə görə 20 faizə qədər) ölür. Baxmayaraq ki, siyasi məqsədlərlə bəzi ölkələr real rəqəmləri gizlədirlər. Həmin dövrdə yoluxanlar arasında məşhur insanlar da var idi. Bu, 2020-ci ilin mənzərəsinə bənzəsə də söhbət 1918-1920-ci illərdən gedir. Həmin dövrlərdə tüğyan edən qrip virusu müasir cəmiyyətin məruz qaldığı ilk pandemiya hesab oluna bilər. Söhbət məşhur İspan qripindən gedir. Onu yayan hazırda adi hesab olunan H1N1 virusu idi. Mövsümi qrip xəstəliyindən onu ağ ciyərləri sıradan çıxarması fərqləndirirdi və bununla yanaşı simptomsuz xəstələr fenomeni də elə onda meydana gəlmişdir. İnsan xəstələnmir amma ətrafı üçün təhlükəli hesab olunur.
İspan qripinin vətəni heç də İspaniya deyildi. Hazırki COVİD-19 kimi İspan qripi də ilk debütunu Çində etmişdir. İlk yoluxma ocaqları 1917-ci ildə qeydə alınmağa başladı. Və yenə də Çində. Ardınca isə hazırki pandemiyaya çox bənzəyən mənzərə. miqrasiya axınları virusu ABŞ-a gətirdi. Düzdü o dövrdə Çindən ABŞ-a qeyri-leqal emiqrantlar gizli yollarla gedirdilərsə indi bu ekonom klassla səyahət edən sərnişinlər və biznes kalssla səhayət edən iş adamlarıdır. Amma bu məzmunu dəyişmir. Virus Çinin idi bütün dünyanın oldu. Yerdə qalan isə sadəcə zaman məsələsi idi. Yeni virusa planeti əsarətinə almaq üçün sadəcə bir neçə ay bəs etdi. Nəzərə alaq ki, hələ o dövrdə təyyarələr sərnişin daşınması üçün o qədər də dəbdə deyildi. Amma hərbi nəqliyyat və eşalonlar mütəmadi olaraq bir ölkədən digərinə hərəkət edirdi. Uzun və üzücü Birinci Dünya müharibəsinin son ili idi. Məhz o dövrdə ABŞ və Kanada Avropa döyüş meydanlarına əlavə hissələr göndərirdi. Ucuz işçi qüvvəsindən ucuz əsgəri qüvvəyə çevrilmiş həmən qeyri-leqal və leqal çinliləri.
Hadisələrin xronologiyası hazırki koronovirusla o qədər üst-üstə düşür ki, bizə o dövrdə baş verənləri anlamaq o qədər də çətin deyil. Hər şeyin ciddi olmağı barəsində çox gec – 1918-ci ilin aprel-may aylarında xəbər tutdular. Axı epidemiya hazırki koronovirus kimi qış aylarından başlamışdır. O dövrdə ölkələrin əksəriyyətində müstəqil mətbuat yox idi. Müharibə gedirdi və epidemiya barəsində xəbərlər düşməni sevindirir və əhali arasında ruh düşkünlüyü yaradır. Həmdə yoluxma hallarının əksəriyyəti sıxlıq olan kazarmalarda və hərbçilərin daşınması vaxtı baş verirdi. Deməli bu hallarda məlumat daha da bağlı qalırdı. Yeri gəlmişkən elə birinci növbədə İspaniyada bu barədə danışmağa başlandığına görə İspan qripi adı meydana gəldi. İspaniya Birinci Dünya müharibəsi illərində neytral olduğuna görə pandemiya növbəti mərhələyə keçəndə onun barəsində xəbərlər dərc olunmağa başladı. May ayında məlum oldu ki, ölkənin 40 faizi yoluxub. Yoluxanlar arasında kral 13-cü Alfons da var idi. Digər qərbi Avropa ölkələrində vəziyyət o qədər də yaxşı olmasa da məhz İspaniyadan gələn qorxulu xəbərlər xəstəliyi diqqət mərkəzinə gətirdi. Avqust ayında (artıq xəstəliyin mövcudluğu və təhlükə həddi bütün dünyaya məlum idi) xəstəlik azalmağa başladı və bütün dünya sevinc içində idi. Lakin, payızın ortalarında ikinci dalğa başladı. Onun öldürücü qabiliyyəti birinci dalğanı bir neçə dəfə aşırdı. Müasir tədqiqatçılar hesab edir ki, bunun əsas səbəbi o dövrdə tələsik və qaydalara uyğun olmayaraq inşa olunan xəstəxanalarda ağır vəziyyətdə olan xəstələrin bir biri ilə aktiv təması virusun daha aqressiv ştammının yaranmasına səbəb olmuşdur. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə məhz bu mənzərə əslində olmamaldır. Çünki o dövrlə müqayisədə dezinfeksiya standartları və təmasa yol verilməməsi müasir hospitallarda qat-qat yüksəkdir.
Qərbdə (əsasən ABŞ və Kanadada) bu epidemiya gətirdiyi ölümlərlə yanaşı həm də yeni epidemiya əleyhinə mübarizə tədbirləri ilə də yadda qaldı. Epidemiya dövründə demək olar ki, bütün ölkə ərazisində kütləvi tədbirlər qadağan olunmuş, bir çox şəhərlərdə ictimai yerlər (kilsələr də həmçinin) bağlanmışdır. Sanitariya tədbirləri çərçivəsində həmdə maska taxmaq və əl ilə görüşməmək təbliğ edirdi. ABŞ-ın bəzi yerlərində əl ilə görüşmək hətta qanunla qadağan edilmişdi. Dəfn mərasimlərinin aparılması qaydaları da dəyişmişdi. Qripdən vəfat etmiş mülki əhalinin bəzi hallarda qardaş qəbirlərində basdırırdılar. Buna görə də dünya əhalisinin yaddaşında ispan qripi 50-100 milyon insanın həyatına son qoymuş bir fəlakət kimi yadda qaldı.