Azərbaycanlı gənc xanım Qətərdə prezident seçilib.
“Newpost.az” xəbər verir ki, dünyanın ən tanınmış media orqanlarından olan “Əl-Cəzirə”də çalışan Aysəba Umutlu Yaxın Şərq ölkərlərinin liderlərini birləşdirən “Yaxın Şərq Liderlik Akademiyası”nn (MELA) 2020-2022-ci illər üçün Qatar üzrə prezidenti seçilib.
Aysəba bildirib ki, təşkilatda yeganə ərəb olmayan prezident odur: “Bu həm mənim üçün, həm də ölkəmiz üçün böyük uğurdur. Çünki təşkilatda yeganə ərəb olmayan prezident mən olacam. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”.















































































































































