“Hazırda rayonlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur”.
“Newpost.az” xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, rayonlara gediş-gəlişin açılması ilə bağlı yekun qərar yoxdur: “Hissə-hissə açılmalara gedilir, epidemioloji vəziyyətə uyğun olaraq qərar verilir. Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Amma hələ qərar yoxdur”.