Bir neçə gündür müğənni Rəqsanə İsmayılova ilə teleaparıcı Sərxan Kərəmoğlu arasındakı münaqişə barədə səs yazıları yayılmaqdadır.
“Newpost.az” xəbər verir ki, tərəflər bir-birilərini şəxsi həyatları ilə bağlı ittiham edib. Son yayılan səs yazısında isə S.Kərəmoğlu Rəqsanəni polisə verəcəyini bildirib, qarşı tərəf də buna sərt reaksiya verib. Rəqsanə İsmayılova S.Kərəmoğluna göndərdiyi səsli mesajda hüquq-mühafizə orqanlarını aşağılayıcı tonda saymadığını, heç kimdən çəkinmədiyini bildirib. Kriminal jarqonla danışan müğənni, hətta “Məni polislə qorxudursan? Polis mənə nə edəcək?”, “Mənə heç kim heç nə edə bilməz”, kimi ifadələr işlədib. Rəqsanə, həmçinin bildirib ki, aparıcı Sultanın başına oyun açılarkən onu “bir kəlmə ilə” xilas edib.
O da məlum olub ki, tərəflər arasında qalmaqal Sərxan Kərəmoğlunun Rəqsanənin qızı Aysun barəsində səsləndirdiyi fikirlərdən sonra başlayıb. S.Kərəmoğlu Aysunun evliliyinin saxta olduğunu, onun qeyri-sağlam həyat tərzi sürdüyünü iddia edib. Bundan sonra Rəqsanənin Moskvada yaşayan həyat yoldaşı Fazil Əmiraslanov Sərxana zəng edərək onu təhqir edib. Bu minvalla tərəflər bir-birinin ünvanına bir neçə dəfə təhqir və ittihamlar səsləndiriblər.
Son səs yazısında Rəqsanənin Sərxan Kərəmoğlunun onu polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi qalmaqalı daha da şiddətləndirib. Bu səs yazısında Rəqsanənin avtoritetsayağı danışıq tərzi, dövlət qurumlarını saymadığını bildirməsi isə əlavə müzakirələrə səbəb olub.