Muğlanın valisi Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevlə görüşüb.
“Newpost.az”ın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, Muğlanın valisi Orxan Tavlı ilə nazir müavini arasında görüş keçirilib. Daha sonra vali Azərbaycan heyətinin geri dönməsi münasibəti ilə şəxsi heyətlə səhər yeməyi yeyib.
O qardaş Azərbaycanın Türkiyədə baş verən yanğınlarda göstərdikləri fədakarlığı yüksək qiymətləndirdiyi və buna görə minnətdar olduqlarını deyib.























































































































































