Azərbaycan-Rusiya sərhəddindəki müvəqqəti saxlanma sığınacağında qalan hamilə qadın və 5 azərbaycanlı azyaşlı vətənlərinə dönüb.
“Newpost.az” xəbər verir ki, bu barədə Dağıstanın insan haqları üzrə müvəkkili Marina Yejova açıqlama verib.
“Azərbaycan vıtındaşları üçün yaradılmış çadır düşərgəsində azyaşlıların olması barədə məlumat verildi. İsti hava və infeksiya təhlükəsi fonunda bu düzgün deyildi. Düşərgədə 5 azyaşlı uşaq və hamilə qadın var idi, uşaqlardan biri ağır əməliyyat keçirmişdi. Operativ şəkildə onları Azərbaycana göndərə bildik”.
Xatırladaq ki, Dərbənd meri Fuad Şixiyev hazırda 500-dən çox azərbaycanlının Kullar kəndindəki düşərgədə qaldığını söyləyib.