Azərbaycan Prezidenti İlham Əliyev “Instagram” və “Facebook” sosial şəbəkələrindəki rəsmi səhifələrində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə paylaşım edib.
“Newpost.az” xəbər verir ki, paylaşımda qeyd olunub:
Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.
















































































































































