Şəmkir rayonunda təsis edilən “Düyərli Xeyriyyə Fondu”nun üzvləri “Şəmkir Xeyriyyəçilər Birliyi” ilə birgə əsirlikdən qayıdan Amin Musayevi ziyarət ediblər.
“Newpost.az” xəbər verir ki, sözügedən fondun üzvləri Ağstafa rayonuna gedərək A.Musayevin evində ona baş çəkib, qurban kəsib, səhhəti, eləcə də cari problemləri ilə maraqlanıblar.
Xatırladaq ki, Ermənistanın əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayev 14 dekabr tarixində Azərbaycana qaytarılıb.
















































































































































