“Newpost.az” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərindəki parkda baş verib.
Şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Qədirov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Hadisəni törədən şəxs ərazidən qaçıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin kimliyi müəyyən edilib, hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.