Vətən müharibəsi qazilərinə, şəhid ailələrinin üzvlərinə göstərilən xidmətlər həmişə dövlətimizin, onun rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin daimi diqqəti mərkəzindədir. Məhz cənab Prezidentin göstərişi ilə Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizin sağlamlıqlarına tam qovuşması üçün ən yüksək və müasir tələblərə cavab verən tibbi reablitasiya mərkəzlərinin yaradılması qısa zaman ərzində həyata keçirilib və bu gün də bu istiqamətdə işlər davam etdirilir. 2019-2020-ci illərdə ölkədə 11 reablitasiya və sosial xidmət müəssisəsi əsaslı şəkildə təmir olunaraq və yenidən tikilərək ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Belə müəssisələrdən biri də Buzovna Sanator – Kurort Reablitasiya Mərkəzidir. Mərkəz cənab Prezident İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən qısa müddətdə inşa edilib. Burada ən müasir və yüksək texnologiyalı avadanlıqlar quraşdırılıb, böyük təcrübəyə malik tibbi personal ilə təmin olunub. Məhz 2020-ci ilin noyabr ayında ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın azadlığı uğrunda şücaət və qəhrəmanlıq göstərmiş vətən müharibəsinin qazilərinin və şəhid ailələrinin üzvlərinin istifadəsinə verilmişdir. İl ərzində burada 1300-1600 qaziyə yüksək səviyyədə tibbi xidmət dövlət hesabına həyata keçirilir. Mərkəzin məqsədi qazilərimizə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Buzovna tibbi reablitasiya mərkəzində yaradılan bu şərait sözsüzki ölkə rəhbərimizin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şəhid ailələrinin üzvlərinə, 1-ci və 2-ci Qarabağ müharibəsində sağlamlığını itirmiş və bu səbəbdən fiziki qüsuru yaranmış qazilərimizin öz sağlamlıqlarına qovuşması üçün yaratdığı diqqət və qayğının ən bariz nümunəsidir. Bu günlərdə Buzovna Sanator -Kurort Reablitasiya Mərkəzində müalicəsini növbəti dəfə davam etdirən Yevlaxdan olan, 1-ci qrup əlilliyi olan qazimiz Ağaməmmədov Yusif Fizuli oğlunu ziyarət etdim. Xəzər dənizinin sahilində füsunkar bir təbii relyefdə ən müasir bir üslubda inşa edilmiş bu mərkəz məni ilk baxışda heyran etdi. Qazimiz Yusifə ilk sualım mərkəzdəki şərait, müalicə prosedurları və diqqətin necə olması oldu. Bizim söhbətimiz əsnasında bizə mərkəzdə müalicə alan və qazimiz Yusiflə dostluq edən bir neçə qazi və həmin vaxtı xəstələrə baxış keçirən mərkəzin direktoru Mürsəl Mürsəlov yaxınlaşdı tanış olduq. Yenədə ilk diqqətimi çəkən məhz mərkəzin rəhbəri Mürsəl həkimin hər bir qazi ilə dostluq və yaxın münasibətini gördüm. Qazimiz Yusif dedi ki, hətta biz müalicə üçün bir qədər gecikəriksə Mürsəl həkim özü şəxsən zəng edib bizi Mərkəzə dəvət edir. Mərkəzin olduqca müasir və komfortlu yeməkxanasında qazilərimiz, Mərkəzin direktoru Mürsəl müəllim və tibbi personal ilə söhbətimiz zamanı qazilərimiz bu diqqət və qayğı üçün belə müasir müalicə prosedurları üçün cənab Prezidentimiz İlham Əliyevə və Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər. Buzovna Reablitasiya Mərkəzinin direktoru Mürsəl müəllim də qazilərimizin və şəhid ailələrinin üzvlərinin mərkəzdə müalicə və reablitasiyalarınin yüksək tələblərə cavab verən standartlara uyğun aparıldığını qeyd edərək bildirdi ki, bunun üçün Mərkəzin tabe olduğu Səhiyyə nazirliyi şəxsən nazir Teymur Musayevin Xüsusi diqqətindədir. Çünki Vətənin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilərimiz ən yüksək dəyərə malikdirlər. Bu Prezidentimiz İlham Əliyevin siyasətinin ən uca zirvəsidir.