İstər uşaqlar, istərsə də böyüklər müxtəlif ağrıkəsici preparatlar qəbul edirlər . Xüsusən də baş ağrısından əziyyət çəkən insanlar ağrıkəsicilərdən daha çox istifadə edirlər. Aparılan araşdırmalar göstərir ki, müntəzəm olaraq həftədə iki dəfədən çox ağrıkəsici qəbul etmək sağlıq üçün zərərlidir.Bu rebound başağrıların (dərman başağrılarının) yaranmasına səbəb olur.
“Newpost.az” xəbər verir ki, bu açıqlamanı pediatr həkim Elşən Tağıyev özünün instagram sosial şəbəkəsində paylaşıb.
Baş ağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində, qəbul etdiyiniz dərmanlar getdikcə daha az təsir edir və demək olar ki, gündəlik baş ağrıları şikayıti yaranır. Buna görə də baş ağrılarından əziyyət çəkən insanlara ağrıkəsici qəbulu yox əsas xəstəliyin profilaktik müalicəsi tövsiyyə olunur.