Azərbaycan Dillər Universitetində tələbələrdən üçüncü doza vaksin vurdumalarının tələb olunması ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb.
“Newpost.az” Oxu.Az-a istinadən xəbər verir ki, yayılan iddialarda tələbələrin buster dozanı vurmayacaqları təqdirdə universitetə buraxılmayacağı qeyd olunub.
Məsələ ilə bağlı Universitetdən Oxu.Az-a bildirilib ki, təhsil müəssisələrində üçüncü doza vaksinin vurulması məcburidir, ancaq bu, inzibati-pedaqoji heyətə aiddir:
“Hazırda ADU-da üçüncü doza vaksinin tələbələrdən tələb olunması ilə bağlı məcburiyyət halları yoxdur. Üçüncü doza tələbələrə tövsiyə xarakteri daşıyır”.