Bugün Azərbaycanda 449 nəfər koronavirusdan sağalıb, 352 yeni yoluxma halı qeydə alınıb, 13 nəfər isə vəfat edib.
“Newpost.az” xəbər verir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7927 nəfərdir.
Ötən müddət ərzində 641 min 732 test aparılıb. Bugünkü test sayı isə 7034-dür.