“Hə, evdə qalmışam. Ona görə də “Evdə qalmış” filmi çəkiləndə rejissorun ilk ağlına gələn aktrisa mən olmuşam”.
“Newpost.az” xəbər verir ki, bu sözləri aktrisa-aparıcı Kəmalə Piriyeva “Rəngarəng səhər” verilişində deyib. Sənətçi ailə qurmaması ilə bağlı suala belə cavab verib:
“Gördüm ki, o obrazı çox yaxşı oynaya bilərəm və oynadım. Kim deyir ki, hamı mütləq ərə getməlidir. Elə bir şey var? Qismət, tale. Nə vaxt olsa, olar. Bunun üzərinə getmirəm. Ola bilər ki, heç vaxt ailə qurmayım”.