“Tibb sahəsi üzrə proqramların bir qədər də təkmilləşdirilməsinə, eləcə də təcrübə hissəsinin artırılmasına, eyni zamanda tibb təhsili coğrafiyasının genişlənməsinə də ehtiyac var”.
“Newpost.az” “Report”-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indiyədək tibb təhsili sahəsində bir sıra nailiyyətlər əldə edilib:
“Həkimlik ixtisasını seçənlər ən yüksək nəticə göstərənlərdir. Yəni ölkədə istedadlı insanlar tibb təhsilini seçirlər. Texnologiya baxımından əvvəlki illərin həkimi ilə indikilər arasında ciddi fərq olacaq”.