“Xərçəng xəstəliyinə qarşı peyvənd 2030-cu ilə qədər yaradıla bilər”.
Bunu “BBC”yə müsahibəsində Almaniyanın “BionTech” şirkətinin təsisçiləri türkiyəli professorlar Uğur Şahin və Özlem Türeci deyib.
“Biz daha yaxşı və sürətlə vaksin yaratmağı öyrənmişik. Bir çox insanın immun sisteminin mRNA texnologiyasına necə reaksiya verdiyini müşahidə etmişik”, – deyə Türeci qeyd edib.
Onun sözlərinə görə, bu, birmənalı olaraq xərçəng xəstəliyinə qarşı peyvəndin yaradılmasını sürətləndirəcək.