Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Newpost.az” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.
Hadisə nəticəsində “Prius”un sürücüsü və sərnişini vəfat edib.
Faktla bağlı araşdırma aparılır.