Serj Sarkisyan 44 günlük müharibədə Ermənistanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən (OTRK) istifadə etdiyini açıqlayıb.
“Newpost.az”ın məlumatına görə, Ermənistanın üçüncü prezidenti “Armnews”a müsahibəsində bildirib ki, erməni tərəfinin müharibə vaxtı “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərlə razılaşmır.
“Mən erməni tərəfinin “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə bəyanatlarla razı deyiləm. Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub”.