İtaliya Mülki Müdafiə Departamenti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi missiya göndərir.
“Newpost.az” xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.
Qeyd olunur ki, departament Azərbaycana 11 nəfərdən ibarət heyət yola salır:
“İtaliya koronavirusla mübarizənin mərhələləri ilə üzləşən ölkələrə yardımını davam etdirir. Hər zaman ön xətdə olan tibb işçilərimizə təşəkkürümüzü bildiririk”.