COVİD-19 peyvəndinin istehsalına noyabr ayında başlanılması planlaşdırılır.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Vector Tədqiqatlar Mərkəzi”nin baş direktoru Rinat Maksyutov “Rusiya-1” telekanalında yayımlanan “Vesti” proqramında müsahibəsində bildirib.
O, qeyd edib ki, bu ilin noyabr ayında peyvəndin istehsalına başlamağı düşünürük. Bununla da cari ilin sonu və ya növbəti ilin əvvəli kütləvi peyvəndləmənin aparılması mümkün ola bilər.
Onun sözlərinə görə, ilk tibb işçiləri və həkimlər peyvəndlənəcək daha sonra kütləvi peyvəndləmə həyata keçiriləcək.